Texnoloji İnkişaf

Apple çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək

1
Link kopyalandı

1

06.07.2025, 00:00

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
Apple şirkəti "iOS 26" əməliyyat sisteminin "beta" versiyası ilə yeni bir təhlükəsizlik funksiyası təqdim edib. Bu funksiya "FaceTime" videozənglərində çılpaq görüntülərin qarşısını almaq üçün nəzərdə tutulub. Məlumata görə, sistem videozəng zamanı çılpaq bədəni tanıya bilir. Belə bir vəziyyət aşkar edildikdə, zəng avtomatik olaraq dayandırılır və istifadəçiyə xəbərdarlıq göstərilir. İstifadəçi bu xəbərdarlıq əsasında zəngi davam etdirmək və ya dayandırmaq barədə qərar verə bilər. Şirkət əvvəllər bu funksiyanı yalnız uşaq "Apple ID"ləri üçün valideyn nəzarəti sisteminin bir hissəsi kimi tətbiq edirdi. Lakin indi bu funksiya bütün istifadəçilər üçün əlçatan olacaq. İstifadəçilər funksiyanı aktivləşdirmək üçün "Ayarlar" bölməsinə daxil olaraq "Məxfilik və təhlükəsizlik" menyusundan "Açıq-saçıq məzmuna dair xəbərdarlıqlar" seçimini aktivləşdirə bilərlər. Apple şirkəti vurğulayıb ki, videoyayımların analizi yalnız cihazın özündə həyata keçirilir və heç bir görüntü şirkətin serverlərinə göndərilmir. Bu yanaşma şirkətin məxfilik siyasətinə tam uyğun şəkildə həyata keçirilir. Qeyd edək ki, "iOS 26" əməliyyat sistemi hələlik "beta" test mərhələsindədir. Sistem tam versiya halında sentyabr ayının ortalarında istifadəyə veriləcək.
1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00