İSTIFADƏ ŞƏRTLƏRİ
Yenilənmə tarixi: 25 avqust 2025
Versiya: 1.0
Hazırki İstifadə Şərtləri (https://techxeber.az/az/pages/terms-of-use) — (bundan sonra: “Şərtlər”, “İstifadəçi müqaviləsi”, “Terms of Use”, “İstifadəçi Razılaşması”, “İstifadə Qaydaları”) — ictimai oferta müqaviləsi hesab olunur və https://techxeber.az veb-saytına (bundan sonra — “Sayt”) daxil olmağın və ondan istifadə qaydalarını tənzimləyir.
Sayta daxil olmaqla və istifadə etməklə siz bu Şərtlərlə, həmçinin Məxfilik Siyasəti (https://techxeber.az/az/pages/privacy-policy) və Çərəzlər siyasəti (https://techxeber.az/az/pages/cookies) ilə tanış olduğunuzu və onlarla razılaşdığınızı təsdiqləyirsiniz. Əgər bu Şərtlərlə razı deyilsinizsə, xahiş olunur Saytdan istifadə etməyin.
“Tech Xəbər” (“techxeber.az”, “Biz”, “Bizim”, “Bizə”, “Redaksiya”) — Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yanında Media Reyestrində qeydiyyata alınmış müstəqil informasiya-analitik xəbər portalıdır. Redaksiya haqqında ətraflı məlumatı, o cümlədən hüquqi məlumat və rekvizitləri https://techxeber.az/az/pages/about səhifədə tapa bilərsiniz.
Reklam yerləşdirmə şərtləri ilə bağlı https://techxeber.az/az/pages/ads səhifəsinə keçid edə bilərsiniz. Saytın və Brendin sahibi və operatoru Innovation Media Services MMC-dir (VÖEN: 1506868001), rəsmi qeydiyyatdan keçmiş mətbuat agentliyidir (https://innmediaservices.com/).
Hazırki şərtlər toplusu: “Media haqqında”, “Reklam haqqında” , “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında” - Azərbaycan Respublikasının qanunların əsasında hazırlanıb.
1. ÜMUMI MÜDDƏALAR
1.1. Hazırki Şərtlər (Məxfilik Siyasəti və digər qaydalarla birlikdə) istifadəçi ilə Tech Xəbər arasında tamhüquqlu müqavilədir. Biz Şərtləri tam və ya qismən dəyişdirmək hüququna malikik. Dəyişikliklər Saytda dərc edildiyi andan qüvvəyə minir. Saytdan istifadənin davam etdirilməsi yenilənmiş Şərtlərlə razılaşma deməkdir. Biz xəbərdarlıq etmədən qaydaları dəyişdirmək və ya xidmətləri dayandırmaq hüququnu özümüzdə saxlayırıq.
1.2. Anlayışlar:
1.2.1. “Xidmətlər” - Sayt vasitəsilə təqdim olunan rəqəmsal xidmətlərdir (xəbərlər, multimedia, analitika, şərhlər, abunəliklər, reklam).
1.2.2. “Kontent” - Saytda yerləşdirilən hər növ informasiya: məqalələr, foto, video, audio, qrafika və s.
1.2.3. “İstifadəçi” - Sayta daxil olan, ondan istifadə edən və ya Saytda təqdim olunan xidmətlərdən faydalanan hər bir fiziki və ya hüquqi şəxs.
2. SAYTDAN ISTIFADƏ
2.1. Yaş məhdudiyyəti. Saytdaki bəzi məlumatlar 18 yaşdan yuxarı şəxslər (və ya yerləşdiyiniz ölkədə qanunla müəyyən edilmiş yetkinlik yaşına çatmış şəxslər) üçün nəzərdə tutulur.
2.2. İcazə verilən istifadə məqsədləri. Saytın kontenti və xidmətlər yalnız şəxsi, qeyri-kommersiya məqsədləri üçün təqdim olunur. Tech Xəbər-in yazılı icazəsi olmadan materiallardan süni intellekt sistemlərinin (AI), alqoritmlərin və digər texnologiyaların hazırlanması və öyrədilməsi məqsədilə istifadəsi qadağandır.
2.3. Cookies. Saytın funksionallığını yaxşılaşdırmaq və məzmunu fərdiləşdirmək üçün biz cookie-fayllardan istifadə edirik. Saytdan istifadə etməklə İstifadəçi müvafiq Cookie Qaydalarına və şəxsi məlumatlarınızın emalına avtomatik razılığını vermiş olur. Saytda üçüncü tərəf xidmətlərinin (məsələn, analitika və reklam şəbəkələrinin) kodları quraşdırılmışdır ki, bunlar da öz cookie fayllarını yerləşdirə bilərlər. Belə hallarda müvafiq məlumatlar həmin xidmətlər tərəfindən toplanır və emal olunur, bu isə ayrı qaydalarla tənzimlənir. İstifadəçi saytdan istifadə etməklə bu cür üçüncü tərəf cookie-lərinə də razılıq vermiş sayılır.
2.4. Qadağan edilən hərəkətlər. İstifadəçiyə qadağandır:
2.4.1. başqalarının şəxsi məlumatlarını icazəsiz toplamaq və ya yaymaq;
2.4.2. Saytın işinə müdaxilə etmək, mühafizə sistemlərini aşmaq, botlardan və skriptlərdən istifadə etmək;
2.4.3. Saytın və ya onun hissələrinin kommersiya məqsədilə çoxaldılması, satışı və istifadəsi;
2.4.4. ekstremist, terrorçuluq xarakterli, pornoqrafik, böhtan xarakterli və ayrı-seçkilik məzmunlu materialların dərc edilməsi;
2.4.5. müəlliflik hüquqlarını və digər hüquqları pozan hərəkətlər.
3. KONTENT
3.1. Müəlliflik hüquqları və lisenziyalar. Saytda yerləşdirilən bütün materiallar Azərbaycan Respublikasının müəlliflik və əlaqəli hüquqlar haqqında qanunvericiliklə qorunur. Materiallardan istifadə yalnız şəxsi, qeyri-kommersiya məqsədləri üçün və mənbəyə aktiv istinad (link) etməklə icazəlidir. Hər hansı digər istifadəyə yalnız redaksiyanın yazılı icazəsi ilə yol verilir.
3.2. İstifadəçi kontenti. Redaksiyaya kontent təqdim etməklə (UGC) siz müəlliflik hüquqlarınızı saxlayırsınız, lakin Tech Xəbər-ə qlobal, müddətsiz, ödənişsiz, qeyri-eksklüziv lisenziya verirsiniz ki, bu materiallardan kommersiya və qeyri kommersiya məqsədləri üçün istifadə etsin, çoxaltsın, tərcümə etsin və öz adından yaysın. İstifadəçi Saytda dərc olunmaq üçün hər hansı məzmunu (mətn, foto, video və s.) təqdim etməklə, həmin məzmunun müəllifi və ya qanuni hüquq sahibi olduğunu, üçüncü şəxslərin bütün zəruri razılıqlarını əldə etdiyini və materialın məzmununun qanunvericiliyi pozmadığını (qadağan olunmuş informasiya, ekstremizm, nişanlanmamış reklam və s. daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərti ilə) təsdiq edir. Bu zəmanətlərin pozulması halında, İstifadəçi tam məsuliyyət daşıyır.
3.3. Süni intellekt vasitəsilə yaradılan content. Saytda yerləşdirilən materialların əhəmiyyətli hissəsi süni intellekt (AI) texnologiyalarından istifadə edilərək hazırlanmışdır. Belə kontent “olduğu kimi” (as is) təqdim olunur və dəqiqliyinə zəmanət verilmir. Bu materiallar ekspert rəyini əvəz etmir və hüquqi, tibbi, maliyyə və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. İstifadəçi belə kontentin istifadəsinə görə bütün riskləri öz üzərinə götürür.
3.4. Paylaşıla bilən kontent. Siz yalnız “Paylaş” (share) düymələri və ya birbaşa link vasitəsilə kontenti paylaşa bilərsiniz. Mənbəni dəyişmək, kontenti reklam və ya təhqiredici materiallarla əlaqələndirmək; eyni zamanda, Redaksiyanın yazılı təsdiqi olmadan - Tech Xəbər-in sizi və ya sizin fikirlərinizi dəstəklədiyini və ya sponsorluq etdiyini göstərmək qadağandır.
4. REKLAM VƏ ÜÇÜNCÜ TƏRƏF MATERIALLARI
4.1. Saytda üçüncü şəxslərə məxsus reklam yerləşdirilə bilər. Təqdim olunan reklamların məzmununa, materiallarının qanuna uyğunluğuna və dürüstlüyünə görə məsuliyyət reklam verən daşıyır.
4.2. Tech Xəbər reklamdan doğan hər hansı zərərə görə məsuliyyət daşımır. Reklamla bağlı əlavə şərtlər toplusu ayrıca müqavilədə göstərilir.
4.3. Saytda yerləşdirilən bütün bannerlər – reklam xarakeri daşıyır və buna görə əlavə fərqləndirmə nişanı və ya reklam qeydi tələb etmir. Sayda reklam məqalərər ya birbaşa “Reklam” (“Reklam hüquqları”) qeydi ilə açıq şəkildə göstərilir, ya da digər növ üsullarla fərqləndirilə bilər.
5. ZƏMANƏTLƏR VƏ MƏSULIYYƏTDƏN IMTINA
5.1. Sayt və xidmətlər “olduğu kimi” və “mövcud olduğu halda” təqdim olunur.
5.2. Biz Saytın fasiləsiz, səhvsiz işləməsinə və ya gözlədiyiniz nəticələri verəcəyinə dair heç bir zəmanət vermirik.
5.3. Bizdən asılı olmayan hallar (fors-major hallar: internet xətaları, elektrik enerjisinin kəsilməsi, kiberhücumlar, təbii fəlakətlər, hökumətin tədbirləri və s.) nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşımırıq.
5.4. Redaksiya dərc olunmuş məqalələrin içində, bannerlərdə və digər yerlərdə göstərilmiş və ya istinad kimi istifadə edilmiş digər saytların məzmununa (məlumatlarıına) və reklam elanlarında yer alan məlumatların düzgünlüyünə görə - məsuliyyət daşımır.
5.5. Biz saytda təqdim olunan hər hansı məlumatın düzgünlüyünə, tamlığına və aktuallığına dair heç bir zəmanət vermirik.
5.6. Saytda təqdim olunan materiallar yalnız ümumi məlumat xarakteri daşıyır; onlar heç bir halda mütəxəssis məsləhətini əvəz etmir.
6. MƏSULIYYƏTIN MƏHDUDLAŞDIRILMASI
6.1. Saytdan istifadə tam olaraq sizin riskinizlədir. Biz məlumat itkisi, gəlir itkisi, işgüzar nüfuzun itirilməsi, hər hansı dolayı və birbaşa zərərlərə görə məsuliyyət daşımırıq. İstifadəçilər tərəfindən təqdim olunan və ya AI vasitəsilə yaradılan kontentə görə məsuliyyət daşımırıq.
6.2. Göstərilən məsuliyyət məhdudiyyətləri qüvvədə olan qanunvericiliyin yol verdiyi maksimum dərəcədə tətbiq olunur.
7. ZƏRƏRIN ÖDƏNILMƏSI
7.1. İstifadəçi Tech Xəbər-i, onun əməkdaşlarını və tərəfdaşlarını, aşağıdakı hallardan irəli gələn bütün iddialardan və xərclərdən qorumağa və zərəri ödəməyə razı olur:
7.1.1. Şərtlərin pozulması;
7.1.2. üçüncü şəxslərin hüquqlarının pozulması;
7.1.3. Saytdan icazəsiz istifadə.
8. ƏQLI MÜLKIYYƏT
8.1. “techxeber.az” veb-saytı ilə bağlı intellektual mülkiyyət obyektlərinə hüquqlar, əgər başqa cür göstərilməyibsə, onun sahibi olan “Innovation Media Services” MMC-yə (VÖEN: 1506868001) məxsusdur. O cümlədən: “Tech Xəbər”-in ideyası, adı, domen adları, əmtəə nişanı, loqo, korporativ üslub, saytın dizaynı, sistemi, program və apparat təminatı, saytın fəaliyyəti üçün istifadə olunan texniki infrastruktur Innovation Media Services MMC-yə məxsusdur.
8.2. Digər əmtəə nişanları və loqolar müvafiq sahiblərinə məxsusdur. İstifadəçilər saytın materiallarının qanunsuz istifadəsinə görə, yəni müəllif hüquqlarının pozulması (icazəsiz yayılması və s.) qanunla qadağandır və pozanlar qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
8.3. İstifadəçilər Tech Xəbərin ticarət nişanlarından, loqolarından, dizayn elementlərindən və digər əqli mülkiyyət obyektlərindən Redaksiyanın yazılı icazəsi olmadan istifadə edə bilməzlər. Saytın materiallarından qanunsuz istifadə, o cümlədən onların təkrar istehsalı, yayılması və ya redaksiyanın istisna hüquqlarının digər şəkildə pozulması qadağandır. Bu cür hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti ilə nəticələnə bilər.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ TƏTBİQ OLUNAN HÜQUQ
9.1. Digər bütün şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll olunur.
9.2. Tərəflər razılığa gələrsə, mübahisə arbitraj və ya mediasiya yolu ilə də həll edilə bilər.
10. ƏLAVƏ MÜDDƏALAR
10.1. Saytdan təşkilat və ya müəssisə (qurum) adından istifadə edilirsə, bu Şərtlərə həmin qurum da riayət etməlidir.
10.2. Bu Şərtlər bütün əvvəlki razılaşmaları əvəz edir. Şərtlərin hər hansı bir bəndinin etibarsız olması digər bəndlərin qüvvəsini ləğv etmir.
10.3. Əgər xüsusi xidmətlər üzrə ayrıca şərtlər dərc olunarsa, həmin şərtlər üstünlük təşkil edir.
10.4. Redaksiya dərc etdiyi məlumatların düzgünlüyünə önəm verir. Hər hansı şəxs barəsində dərc edilmiş yanlış məlumata dair müraciət daxil olarsa, təkzib və ya cavab vermək hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin ediləcəkdir.
10.5. Redaksiya şərtləri pozan istifadəçinin sayta girişini məhdudlaşdırmaq və ya ona xidməti göstərməkdən imtina etmək hüququnu özündə saxlayır.
10.6. Saytda fərqli müəlliflərin fikirləri dərc oluna bilər; bu fikirlər Tech Xəbərin rəsmi mövqeyi kimi qəbul edilə bilməz.