Robot və Cihazlar

Apple iPhone qiymətini artıracaq

1
Link kopyalandı

1

13.08.2025, 10:34

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
Apple şirkəti gələcəkdə təqdim edəcəyi iPhone 17 Pro və 17 Pro Max modellərinin start qiymətini 50 ABŞ dolları artırmağı planlaşdırır. Bu barədə Macworld nəşri məlumat yayıb, Day.Az isə Gazeta.ru-ya istinadən xəbər verir. Qiymət artımının əsas səbəbləri arasında komponentlərin dəyərinin yüksəlməsi və Çindən gətirilən məhsullara tətbiq edilən gömrük rüsumları göstərilir. Analitiklərin fikrincə, qiymət artımı istehsalat xərclərini və əvvəllər tətbiq edilmiş tarifləri kompensasiya etmək zərurətindən irəli gəlir. Ekspertlər əlavə edirlər ki, Hindistanda tətbiq edilə biləcək yeni rüsumlarla bağlı potensial xərclər hələki proqnoza daxil edilməyib. Bu iqtisadi faktorların fonunda Apple süni intellekt sahəsində təşəbbüslərini fəal şəkildə inkişaf etdirir. Şirkətin baş direktoru Tim Kuk analitiklərlə son söhbətində daha fərdiləşdirilmiş Siri yaratmaqda "yaxşı irəliləyiş" əldə etdiklərini bildirib. Apple-ın proqram təminatı üzrə baş vitse-prezidenti Kreyq Federiqi isə daxili işçi toplantısında Siri-nin əvvəl planlaşdırıldığından daha böyük bir yenilənmə təqdim etməyə hazır olduğunu açıqlayıb. Tim Kuk həmçinin Apple-ın süni intellekt sahəsində araşdırmaları sürətləndirmək üçün birləşmə və satın alma (M&A) əməliyyatlarına hazır olduğunu təsdiqləyib. Bundan əlavə, o, gələcək məhsul inkişaflarının "təəccüblü" olacağını vurğulayıb.
1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00