Texnoloji İnkişaf

Apple, yeni iOS dizaynını sızdıran blogeri məhkəməyə verir

1
Link kopyalandı

1

21.07.2025, 12:38

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
Apple korporasiyası tanınmış YouTube blogeri və insayder Con Prosseri məhkəməyə vermək qərarına gəlib. Şirkət onu kommersiya sirrinin qanunsuz şəkildə mənimsənilməsində ittiham edir. İddianın səbəbi isə Prosserin ilin əvvəlində yayımladığı videolardır. Həmin videolarda gələcək iOS 26 əməliyyat sisteminin dizaynı ətraflı şəkildə nümayiş etdirilib. Bu barədə MacRumors nəşri məlumat yayıb, Day.Az isə Gazeta.ru-ya istinadən xəbər verir. WWDC konfransında keçirilən rəsmi təqdimatdan çox əvvəl Prosser öz videolarında "Kamera" və "Mesajlar" tətbiqlərinin yeni dizaynını, həmçinin Liquid Glass adlı yeni interfeys konseptini göstərmişdi. Hərçənd ki, bəzi qeyri-dəqiqliklər olsa da, onun təqdim etdiyi renderlər final versiyaya çox yaxın idi. Bu, Apple-ın təhlükəsizlik xidmətinin diqqətini cəlb edib. Məhkəmə iddiasına görə, məlumat sızması Apple əməkdaşı İtan Lipnikə məxsus mühəndislik nümunəsi olan iPhone cihazı ətrafında baş verib. Şirkətin versiyasına əsasən, Prosser Lipnikin dostu Maykl Ramaççiyotti ilə şərik olub. Onlar cihazın paroluna daxil olub və Lipnikin mənzilini uzun müddət tərk etdiyi anı gözləyiblər. Ramaççiyotti mənzilə daxil olaraq mühəndislik iPhone cihazına çıxış əldə edib və FaceTime vasitəsilə Prosserə zəng edib. Zəng zamanı cihazda çalışan iOS 26 əməliyyat sistemi nümayiş etdirilib. Bloger isə bu zəngi qeydə alıb və əldə etdiyi materiallardan videolar hazırlamaq üçün istifadə edib. İddiada qeyd olunur ki, Prosser Ramaççiyottiyə köməyinə görə maliyyə mükafatı təklif edib. Apple vurğulayıb ki, cihazda hələ ictimaiyyətə açıqlanmamış digər məxfi məlumatlar da olub və şirkət ittiham olunan şəxslərin əlində nə qədər məlumatın olduğunu bilmir. Korporasiya kommersiya sirrinin daha çox yayılmasının qarşısını almaq üçün məhkəmə qadağası tələb edir və zərərin ödənilməsini istəyir. Məlumat sızmasına səbəb olan əməkdaş İtan Lipnik artıq Apple-dan işdən çıxarılıb. Con Prosser isə sosial şəbəkələrdə bildirib ki, baş verən hadisənin bütün təfərrüatlarını bilmirdi və Apple nümayəndələri ilə vəziyyəti müzakirə etməyi səbirsizliklə gözləyir.
1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00