BMT Baş Assambleyası Süni İntellekt üzrə Rezolusiya Qəbul Etdi
1
1
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz
BMT Baş Assambleyası, Tacikistan tərəfindən təqdim edilən və Mərkəzi Asiyada davamlı inkişaf üçün süni intellektin istifadəsini nəzərdə tutan xüsusi bir rezolusiyanı təsdiqlədi. Bu barədə Day.Az Gazeta.ru-ya istinadən xəbər verir. Rezolusiya, Tacikistan prezidenti Emoməli Rahmon tərəfindən 2024-cü ilin sentyabr ayında BMT sessiyasında təqdim olunmuşdu. Bu sənəd, etibarlı və təhlükəsiz texnologiyaların inkişafını, təhsil, start-uplar və beynəlxalq əməkdaşlığı vurğulayır. Tacikistanın Xarici İşlər Nazirliyi bildirir ki, sənəd əksər ölkələr tərəfindən dəstəklənib və süni intellektin etik və təhlükəsiz tətbiqi ilə bağlı qlobal konsensusun yaradılmasında mühüm addım olub. Rezolusiyaya əsasən, Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiya üzrə Süni İntellekt Regional Mərkəzi yaradılacaq. Bu mərkəz süni intellekt sahəsində proqramların koordinasiyası ilə məşğul olacaq. Nazirlik həmçinin vurğulayıb ki, universitetlər, məlumat mərkəzləri və texnoparklar arasında birgə layihələr planlaşdırılır. Süni intellektin tənzimlənməsi və özünənəzarət mexanizmləri hazırlanır ki, bu da regionu digər ölkələr üçün nümunə halına gətirəcək.
1