İnnovasiya və Startaplar
Caucasus Ventures: Yeni Vençur Fondu Startaplara Dəstəyi Genişləndirir
7
7
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PASHA Holding” Şirkətlər Qrupu və özəl fərdi investorların iştirakı ilə birgə innovasiya ekosisteminin inkişafını dəstəkləmək məqsədilə “Caucasus Ventures” vençur fondu təsis edilib. Bu yeni fond, toxum sonrası böyümə mərhələsində və “A” mərhələsində olan startaplara sərmayə yatırmağı hədəfləyir.
“Caucasus Ventures” fondunun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. Fondun maliyyə mənbələri arasında “PASHA Holding” Şirkətlər Qrupunun 5 milyon manatlıq töhfəsi və fərdi sahibkarların 1.3 milyon manatlıq sərmayəsi yer alır. Bundan əlavə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də özəl tərəfdaşların təşəbbüsünə dəstək olaraq fonda əlavə 5 milyon manat ayırıb.
Fondun fəaliyyət planına əsasən, “Caucasus Ventures” gələn 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan perspektivli startaplara sərmayə yatıracaq. Bu addım regionda innovasiya ekosisteminin inkişafına və yeni texnologiyaların təşviqinə mühüm töhfə verəcək.
Belə bir fondun yaradılması, yerli və regional startapların inkişafını sürətləndirmək, innovativ həllərin həyata keçirilməsini təmin etmək və rəqabət qabiliyyətli texnologiyaların qlobal bazara çıxışını asanlaşdırmaq məqsədi daşıyır. “Caucasus Ventures” bu istiqamətdə həm maliyyə dəstəyi, həm də strateji tərəfdaşlıq imkanları təqdim edəcək.
7