Texnoloji İnkişaf

Hong Konqlu alimlərin hazırladığı İİ texnologiyası tibdə inqilab yaradır

1
Link kopyalandı

1

18.07.2025, 15:14

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
Hong Konqdan olan alimlər süni intellekt (İİ) vasitəsilə rentgen şəkilləri əsasında sümüklərin və orqanların 3D modellərini hazırlamağa imkan verən innovativ texnologiya təqdim ediblər. Bu barədə 17 iyul tarixində South China Morning Post (SCMP) məlumat yayıb. Tədqiqatçılar bildiriblər ki, bu texnologiya kompüter tomoqrafiyası (KT) ilə müqayisədə xəstələrin şüalanmaya məruz qalma səviyyəsini 99% azaldır. Yeni texnologiyanın şəhərin səhiyyə sisteminə inteqrasiya ediləcəyi gözlənilir ki, bu da xərcin əhəmiyyətli dərəcədə azalmasına və xəstələrin gözləmə müddətinin qısalmasına səbəb olacaq. Xüsusilə də KT-nin yüksək radiasiya səviyyəsi ilə əlaqəli olması və müntəzəm tibbi nəzarətə ehtiyacı olan uşaqlar, hamilə qadınlar və yaşlılar üçün potensial təhlükə yaratması nəzərə alınır. Tədqiqat qrupu texnologiyanın tibbi tətbiqdə geniş istifadəsinin xəstələrin müalicə prosesini sürətləndirəcəyini və daha təhlükəsiz edəcəyini vurğulayıb. Bu, tibb sahəsində böyük irəliləyiş hesab edilir. Qeyd edək ki, 10 iyul tarixində The Guardian qəzeti ABŞ-da robot-cərrahın insan müdaxiləsi olmadan ölü donuz üzərində orqan əməliyyatları həyata keçirdiyini yazmışdı. Bildirilirdi ki, bu cür robotlar əməliyyatları insanlardan daha sürətli və dəqiq yerinə yetirirlər.
1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00