Texnoloji İnkişaf
İnternet infrastrukturunun inkişafı üzrə 2025-ci ilin ilk addımları müzakirə edilib
1
1
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz
İyunun 30-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupun rəhbəri və üzvləri, həmçinin özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru üzrə müzakirələr aparılıb. 2025-ci il üçün hazırlanan “Yol xəritəsi” çərçivəsində ilk rüb ərzində görülmüş işlər nəzərdən keçirilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov çıxışı zamanı biznes mühitinin daha əlverişli hala gətirilməsi və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Dünya Bankına təqdim edilən sorğu anketinə cavab olaraq, müvafiq məlumatlar yanvar ayında hazırlanaraq təqdim olunub.
Nazir müavini əlavə edib ki, bu göstəricilər əsasında hazırlanan “Business Ready” hesabatının növbəti nəşri 2025-ci ilin oktyabr ayında dərc ediləcək. Həmin hesabatda Azərbaycanın bu istiqamətdəki qiymətləndirməsi ilə tanış olmaq mümkün olacaq.
1