Texnoloji İnkişaf

İranda Külək Enerjisi Gücü 50 Megavat Artırılacaq

1
Link kopyalandı

1

14.08.2025, 05:57

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
BAKI, Azərbaycan, 14 avqust. İranda külək enerjisi stansiyalarının gücü gələn yayadək ən azı 50 megavat artırılacaq. Bu barədə İranın Enerji Nazirinin müavini və İranın Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Təşkilatının sədri Mohsen Tarzatalab yerli mediaya açıqlamasında bildirib. Tarzatalabın sözlərinə görə, külək enerjisi stansiyasının inşası yerli investor tərəfindən maliyyələşdiriləcək. Ümumilikdə, ölkə üzrə 30,000 megavat gücündə bərpa olunan enerji stansiyalarının tikilməsi planlaşdırılır. Bu gücün 25,000 megavatı günəş panelləri, 5,000 megavatı isə külək turbinləri vasitəsilə təmin ediləcək. Rəsmi qeyd edib ki, külək turbinlərinin dəyəri günəş panellərinin dəyərindən təxminən 2.2 dəfə yüksəkdir. Mövcud şəraitdə bu maliyyəni təmin etmək çətinlik yaradır. İranda külək enerjisi stansiyalarının elektrik enerjisi istehsal potensialı təxminən 370 megavat-saatdır. Ölkənin ən böyük külək enerjisi stansiyası Qəzvin vilayətində yerləşir. Bu stansiyanın elektrik enerjisi istehsal gücü 61.2 megavat-saatdır.
1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00