Robot və Cihazlar
Lenovo Legion R7000 2025 gaming noutbuku təqdim edilib
2
2
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz
Lenovo şirkəti Legion R7000 2025 adlı yeni gaming noutbukunu təqdim edib. Bu noutbuk yüksək texnologiya ilə təchiz olunub. 180 Hz təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 15.6 düym ölçülü IPS ekranı var. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk AMD Ryzen 7 H 255 prosessoru ilə çalışır və NVIDIA GeForce RTX 5050 videokartını birləşdirir. Bununla yanaşı, cihaz DDR5 standartlı 16 GB RAM və 512 GB-lıq SSD ilə təchiz edilib. Soyutma sistemi qismində 2 ədəd pər mövcuddur.
Lenovo Legion R7000 2025 HDMI 2.1, USB-C, USB-A, LAN girişlərini və 3.5 mm audiogirişini dəstəkləyir. Batareya həcmi isə 60 vatt-saat təşkil edir. Cihaz Çində satışa çıxıb, qiyməti isə 1044 ABŞ dollarıdır. Başqa regionlarda satışa çıxıb-çıxmayacağı hələ bilinmir.
2