Texnoloji İnkişaf

Perplexity Google Chrome-u 34,5 milyard dollara almağa hazırlaşır

1
Link kopyalandı

1

14.08.2025, 05:53

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
Məşhur startap “Perplexity”, Google-un ən çox istifadə olunan “Chrome” brauzerini 34,5 milyard dollara almaq niyyətindədir. Təklifin əsas şərtlərinə brauzerin əsasını təşkil edən açıq mənbəli Chromium layihəsinin qorunması və əlavə olaraq 3 milyard dollarlıq investisiyanın təmin edilməsi daxildir. Şirkət həmçinin istifadəçilərin brauzer ayarlarının dəyişdirilməyəcəyini, axtarış sisteminin Google olaraq qalacağını və öz süni intellekt axtarış sistemini standart olaraq tətbiq etməyəcəyini vəd edir. Bu təklifin ortaya çıxmasının əsas səbəbi, ABŞ hökumətinin Google-u internet axtarış bazarında inhisar yaratmaqda günahlandırdığı məhkəmə işidir. Məhkəmə qərarına əsasən, Google məcburən “Chrome” brauzerini satmağa məcbur qala bilər. Bununla belə, Google bu qərara qarşı çıxır və məhkəmədə sona qədər mübarizə aparacağını bildirib. “Chrome” hazırda dünya brauzer bazarının 68%-nə sahibdir və ən çox istifadə edilən brauzer hesab olunur. Əgər məhkəmə onun satılmasına qərar verərsə, başqa iri şirkətlər də bu fürsətdən yararlanmaq üçün təkliflər verə bilər. “Perplexity” indiyədək investorlardan 1,5 milyard dollar cəlb edib və şirkətin ümumi dəyəri 18 milyard dollara çatıb. Şirkət ötən ay “Comet” adlı yeni brauzerini təqdim edib və TikTok platforması ilə birləşmə üçün də təklif irəli sürmüşdü.
1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00