Robot və Cihazlar

Professionallar üçün LG 40U990A-W monitoru təqdim edilib

1
Link kopyalandı

1

28.07.2025, 13:29

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
LG şirkəti professional istifadə üçün nəzərdə tutulmuş yeni böyük ölçülü monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG 40U990A-W adlanır. Monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 5120x2160 piksel keyfiyyətli 39.7 düym ölçülü Nano IPS Black ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. Cihaz HDMI, DisplayPort 2.1, USB 3.2 Gen 2x2 Type-C, Ethernet, Thunderbolt 5 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 10 vatt gücündə 2 ədəd səsgücləndiricini əldə edib. LG 40U990A-W 28 avqust tarixində satışa çıxacaq və onun qiyməti 1740 ABŞ dolları təşkil edəcək.
1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00