Robot və Cihazlar

Samsung Galaxy S25 Ultra istifadəçiləri kamera problemi ilə üzləşir

2
Link kopyalandı

2

14.08.2025, 10:23

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
Samsung şirkətinin flaqman modeli Galaxy S25 Ultra istifadəçiləri cihazın kamerasında baş verən nasazlıqdan şikayətlənirlər. Bu barədə Notebookcheck nəşri məlumat yayıb, Day.Az isə Lenta.ru-ya istinadən xəbəri təqdim edir. Galaxy S25 Ultra, ABŞ-da təqribən 1300 dollar (təxminən 2210 manat) qiymətində satılan ən bahalı Samsung smartfonu hesab olunur. Lakin bəzi istifadəçilər Android əməliyyat sistemi üçün yayımlanan son yeniləmədən sonra cihazın kamerasında qeyri-adekvat görüntü problemləri ilə üzləşiblər. Xüsusilə, Ayın şəkilləri təbii rənglərdə deyil, çəhrayı və ya bənövşəyi çalarlarla çıxır. Samsung forumunda "usereAZCq01bZZ" niki ilə çıxış edən bir istifadəçi bildirib ki, Ay ekran görüntüsündə normal görünür, lakin çəkilən fotolarda rənglər təhrif olunur. Digər istifadəçilər də oxşar problemlər barədə şikayətlərini paylaşmışlar. Notebookcheck-in məlumatına görə, problem Android 16 əsaslı One UI 8 proqram təminatını quraşdırdıqdan sonra meydana çıxıb. Ekspertlər hesab edirlər ki, nasazlıq ağ balansı funksiyasının düzgün işləməməsi ilə əlaqəli ola bilər. Ağ balansı düzgün tənzimlənmədikdə, şəkillər yaşıl və ya çəhrayı çalarlarla çıxır. Samsung şirkətinin nümayəndələri hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.
2
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00