Texnoloji İnkişaf

Samsung qatlanan telefon bazarında yerini itirdi

1
Link kopyalandı

1

09.09.2025, 08:20

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Samsung şirkəti qatlanan telefon bazarında liderliyini itirdi. Android Authority-nin Counterpoint Research (CR) hesabatına əsasən, 2025-ci ilin ikinci rübündə Huawei bazarda 45% pay ilə lider oldu. Motorola isə 28% bazar payı ilə ikinci yeri tutdu. Samsung isə 9% pay ilə üçüncü mövqeyə düşdü.

2024-cü il bazar payı müqayisəsi

2024-cü ilin ikinci rübündə Samsung bazar payı ilə ikinci yerdə idi. Həmin dövrdə Huawei 32%, Samsung isə 21% bazar payına sahib idi. Motorola isə 14% ilə üçüncü yerdə idi. CR analitikləri, Samsung-un qatlanan telefon bazarındakı liderliyini itirdiyini qeyd edirlər.

Motorola-nın bazar uğuru

Motorola-nın bazar payının artmasının səbəbi şirkətin ucuz, 699 dollardan aşağı qiymətə olan telefonlara fokuslanmasıdır. Bu strategiya, xüsusilə Amerika bazarında böyük uğur qazandı. Hesabata əsasən, qatlanan telefonların ümumi satış həcmi isə illik 45% artış göstərib.

Samsung-un yeni modelləri hesabatda yoxdur

Qeyd etmək lazımdır ki, Counterpoint Research hesabatı Samsung Galaxy Z Fold 7 və Z Flip 7 modellərinin satışlarını əhatə etmir. Bu modellər 2025-ci ilin üçüncü rübündə təqdim edilib və onların bazar təsiri hələ hesabatda əks olunmayıb.

1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00