Elm və Kosmos
Zona 51-in bir neçə əməkdaşı gizli layihə ilə təmasdan sonra vəfat edib
1
1
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz
ABŞ-ın Nevada səhrasında yerləşən və ciddi mühafizə olunan Zona 51 hərbi bazasında çalışan bir neçə əməkdaşın 'tamamilə gizli' layihə ilə təmasdan sonra vəfat etdiyi və ya eyni ölümcül xəstəliyə tutulduğu bildirilir. Bu barədə LB nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Zona 51, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan və ətrafında uzun müddətdir sirli hadisələrlə bağlı şayiələr dolaşan bir bazadır. Bu ərazidə dəfələrlə yadplanetlilər və tanınmayan uçan obyektlər görüldüyü iddia olunur. Konspirasiya nəzəriyyələrinə əsasən, ABŞ burada yadplanet mənşəli obyektləri saxlayır.
ABŞ hökuməti Zona 51-ə iş üçün gələn şəxslərin qeydlərini aparmır. Bununla yanaşı, bəzi ABŞ Hərbi Hava Qüvvələrinin veteranları iddia edir ki, bu anormal zonada olduqları müddətdə müxtəlif xəstəliklərə tutulublar. Sağ qalanlar isə radiasiyaya məruz qaldıqlarını ehtimal edir və bunun nəticəsində təkcə özlərinin deyil, ailə üzvlərinin də sağlamlıq problemləri ilə üzləşdiyini bildirirlər.
Məlumata görə, bundan əvvəl ABŞ-ın milli arxivi keçmiş prezident Con Kennedinin qətli ilə bağlı məxfi sənədləri yayımlamışdı. Bu addım hazırkı prezident Donald Trampın göstərişi ilə həyata keçirilmişdi.
1