Podkast
ABŞ-ın 'Golden Dome' müdafiə sistemi: SpaceX-in 2 milyard dollarlıq müqavilə | kosmos yarışı
2026
SpaceX bu dəfə Marsa yox, müdafiəyə uçur. ABŞ hökuməti Elon Musk-ın şirkətinə 2 milyard dollarlıq yeni müqavilə verməyə hazırlaşır. Layihənin adı – “Golden Dome.”
Bu sistem, İsrailin “Iron Dome”a bənzəyir, amma fərq ondadır ki, bu dəfə qalxan Yer kürəsində deyil — kosmosda yerləşəcək.
Plan belədir: SpaceX 600-ə qədər peyk orbitə çıxaracaq. Bu peyklər raketləri, hipersəs təyyarələrini və potensial hücumları hədəfə çatmadan kosmosdan izləyəcək.
ABŞ prezidenti Donald Trump bu sistemi ilk dəfə may ayında elan etmişdi. Məqsəd – hücumları görmək yox, onların qabağını kosmosda kəsməkdir.
Layihəyə yalnız SpaceX deyil, Palantir, Anduril kimi şirkətlər də qoşula bilər. Yəni bu, təkcə müdafiə proqramı deyil — Silicon Valley + hərbi sənaye + kosmos yarışının kəsişdiyi nöqtədir.
Bu qərarın arxasında daha böyük bir strategiya var: ABŞ artıq yalnız Yer üzərində deyil, orbitdə də hərbi üstünlüyü əldə saxlamaq istəyir.
SpaceX-in hazırda 8000-dən çox Starlink peyki var. “Golden Dome” bu şəbəkəni yalnız internet üçün yox, hərbi radar, rabitə və təsir alətinə çevirə bilər.
Amma sual qalır: Kosmos müdafiə səhnəsinə çevrilirsə, bəşəriyyət ulduzlara yaxınlaşır, yoxsa onlardan bir az da uzaqlaşır?