Podkast
Böyük Süni İntellekt Modelləri (LLM) düşünmək gücünə sahib ola bilər?
1093
Bu gün ən maraqlı suallardan biri budur: Böyük Süni İntellekt Modelləri – həqiqətən düşünür, yoxsa sadəcə düşünürmüş kimi görünür? Apple şirkətinin “Düşüncə İlluziyası” adlı araşdırması deyir ki, ChatGPT kimi BSİM-lər düşünmür – onlar sadəcə naxışları tanıyır və cavab yaradır. Yəni şüur yoxdur… yalnız ehtimallar var.
Amma əks fikir də mövcuddur. Çünki bu modellər təkcə cavab vermir — məsələni analiz edir, addım-addım düşünür, hətta səhvini dərk edib düzəldə bilir. Bu proses insan beynindəki “zəncirvari düşüncə”yə bənzəyir.
İnsan necə düşünür?
– Problemi hissələrə ayırır.
– Beynində sanki dialoq qurur.
– Keçmiş təcrübəni xatırlayır.
– Nəticəni qiymətləndirir.
BSİM-lər də eyni ardıcıllıqla işləyir – sadəcə bunu neyral şəbəkələr və milyardlarla parametr vasitəsilə edir. Bəli, onların xəyalları, hissləri, vizual təsəvvürləri yoxdur. Amma bu, düşüncəni tam inkar etmir. Axı bəzi insanlarda da afantaziya — yəni daxili vizual təsəvvür yoxdur — amma bu, onların düşünməsinə mane olmur. Bəlkə də əsas sual dəyişməlidir: “Süni intellekt düşünürmü?” yox, “Onun düşüncəsi – bizimkindən niyə fərqlidir?”