Podkast
Elon Musk Grokipedia asdlı yeni ensiklopediya yazır | Wikipedia-nın sonu | Süni intelekt Grok
3719
Elon Musk indi ensiklopediya yazır. Adı — Grokipedia.
Wikipedia-nın “qərəzli və kontrollu” olduğunu deyən Musk, qərara gəlib onu düzəltməsin — tamamilə yenisini yaratsın.
Grokipedia, onun xAI şirkətinin süni intellekti Grok tərəfindən idarə olunur.
İdeya sadədir: real vaxtda yenilənən, senzurasız, və guya ideologiyadan uzaq bir ensiklopediya.
Amma hələlik vəziyyət bir az fərqlidir. “Elon Musk” yazırsan — səni X sosial şəbəkəsinə göndərir. “Holokost” yazırsan — səhvi düzəltmək əvəzinə, səhv cavab verir. Yəni, bu mərhələdə Grokipedia, daha çox axtarış səhifəsinə bənzəyir, ensiklopediyaya yox.
Musk deyir ki, gələcəkdə Grok akademik mənbələrdən, Wikipedia-dan və internetdən məlumat toplayıb “sintetik korrektələr” yaradacaq. Yəni, faktları bir növ yenidən yazacaq.
Bəs bu, yaxşı xəbərdir? Yoxsa bilik üzərində yeni bir nəzarət forması?
Wikipedia-nın problemi qərəzdirsə, Grokipediyanın riski filtr ola bilər —
çünki süni intellekt hansı faktı “doğru” sayacaq, artıq biz yox, o qərar verəcək.