Özbəkistan süni intellektə qarşı: Yeni qanun nə dəyişəcək? - Tech Xəbər

Podkast

Özbəkistan süni intellektə qarşı: Yeni qanun nə dəyişəcək?

3
Link kopyalandı
3

2413

Süni intellekt dünyanı dəyişdirir. Amma indi bir sual var: kim kimi idarə edəcək – insan AI-ni, yoxsa AI insanı?

Özbəkistan ilk dəfə bu suala qanun dili ilə cavab verir. Senat yeni qanun layihəsini təsdiqlədi və süni intellekti rəsmi olaraq hüquqi çərçivəyə saldı.

Qanun deyir ki, AI-dən qanunsuz istifadə edənlər 15 sutka həbs və ya 100 baza vahidinə qədər cərimə ala bilər. İstifadə edilən avadanlıq isə – müsadirə olunur.

Amma bu, sadəcə cəza deyil. Qanunda yazılıb: “İnsan həyatına təsir edən qərarlar yalnız AI ilə yox, insan məsuliyyəti ilə qəbul edilməlidir.” Yəni bank, dövlət, şirkət – heç kim “bunu süni intellekt etdi” deyib məsuliyyətdən qaça bilməz.

Bundan əlavə, hər bir AI məzmunu – mətn, video, audio, hətta musiqi belə –

“AI tərəfindən yaradılıb” etiketi daşımalıdır. Deepfake və saxta xəbərlərə qarşı ən sərt addımlardan biridir.

Bu addımla Özbəkistan Mərkəzi Asiyada ilk dəfə süni intellektə hüquqi çərçivə verən ölkə olmaq istəyir. Amma sual açıq qalır: Bu, vətəndaşı qorumaqdır, yoxsa nəzarəti gücləndirmək?

Bəşəriyyət AI-ni kodlarla yaratdı. İndi isə AI-ni qanunlarla idarə etməyə çalışır.

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)