Reflect Orbital startapı 2026-cı ildə kosmosa nəhəng bir güzgü göndərəcək - Tech Xəbər

Podkast

Reflect Orbital startapı 2026-cı ildə kosmosa nəhəng bir güzgü göndərəcək

3
Link kopyalandı
3

2271

Texnologiya bəzən gecəni gündüzə çevirmək istəyir. Amma bəzən elə də olur ki, o, ulduzları bizdən alır.

Kaliforniyalı Reflect Orbital startapı 2026-cı ildə kosmosa nəhəng bir güzgü göndərmək istəyir. Məqsəd – günəş işığını Yerə əks etdirmək, gecə enerjisini artırmaq, işıq saatlarını uzatmaq. Bir növ, səmanı nəhəng bir elektrik lampasına çevirmək.

İlk peyk – EARENDIL-1, 18 metrlik güzgü ilə artıq hazırlanır. 2030-cu ilə qədər minlərlə belə güzgü orbitdə parlayacaq.

Amma astronomlar narahatdır. Onlar deyirlər ki, bu işıq tam ay işığından dörd dəfə parlaq olacaq. Ulduzlar görünməyəcək, rəsədxanalar sönəcək, və bəlkə də bir gün biz Süd Yolunu yalnız Google-da görəcəyik.

Ekoloqlar xəbərdarlıq edir: işıq çirkliliyi artıq təbiətin ritmini pozur. Heyvanlar, bitkilər, hətta insan yuxusu belə bu süni işıqdan təsirlənir. Bəlkə də texnologiya ilə problemimiz budur – biz onunla yalnız nə edə biləcəyimizi düşünürük, amma nəyi itirəcəyimizi unuduruq.

Kosmos güzgüləri bir möcüzə ola bilər.Amma hər möcüzənin bir kölgəsi var.

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)